Niderlandlı futbolçu yenidən həbs edilə bilər

Niderlandlı futbolçu yenidən həbs edilə bilər

Rusiyanın “Spartak” klubunun futbolçusu Kvinsi Promes adam öldürməyə cəhddə və bıçaqlanmada ittiham olunub.

“Telegraaf” nəşri 29 yaşlı oyunçuya qarşı müvafiq ittihamlar irəli sürüldüyünü yazıb.

Ötən il iyulun sonunda ailəvi şənlik zamanı niderlandlı oyunçunun əmisi oğlu mübahisədən sonra bıçaqlanıb və nəticədə dizindən xəsarət alıb. Hüquq-mühafizə orqanları dekabrda Promesin həbsinə səbəb olan istintaqa başlayıb.

Onun 4 il müddətinə həbs edilə biləcəyi vurğulanıb. Futbolçu mühakimə olunsa, Moskva təmsilçisi müqaviləyə xitam verəcək və Niderlandın “Ayaks” klubuna ödənişləri dayandıracaq.

Qeyd edək ki, razılaşmaya əsasən, “Spartak” fevralda Amsterdam təmsilçisindən aldığı oyunçu üçün ödənişləri altı aydan bir edir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 3 =