Niger Fransaya uran və qızıl ixracını dayandırıb

Niger Fransaya uran və qızıl ixracını dayandırıb

Bu gün Nigerdən Fransaya uran və qızıl ixracının dayandırılması barədə məlumat yayılıb.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın BBC korporasiyası xəbər yayıb. Məlumata görə, bu qərarı yeni hakimiyyət orqanları qəbul edib.

Korporasiyanın məlumatına görə, Niger dünyada uran istehsalına görə yeddinci yerdədir.

Qeyd edək ki, iyulun 26-da Nigerdə hərbçilər çevriliş edib. General Abdurəhman Çiani özünü Vətənin Xilası Milli Şurasının sədri elan edib. Onlar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüblər. Onun sağ-salamat olduğu vurğulanır.

M.Bazum 2021-ci ildə prezident seçilib, Fransa hakimiyyətinin yaxın müttəfiqi sayılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + fourteen =