Nigerdə ​​silahlı hücum zamanı 60-a yaxın insan həlak olub

Nigerdə ​​silahlı hücum zamanı 60-a yaxın insan həlak olub

Nigerin cənub-qərbində yerləşən Banibanqa kommunasına silahlı şəxslərin hücumu nəticəsində 60-a yaxın insan həlak olub.

Bu barədə “Agence France-Presse” mənbəyə istinadən xəbər verib.

Qeyd edilir ki, hücum cümə axşamı Tillaberi bölgəsində, “üç sərhəd zonası” adlanan ərazidə – Nigerin Mali və Burkina Faso ilə dövlət sərhədi olan ərazidə baş verib. Bölgədə İŞİD və Əl-Qaidə terror təşkilatları ilə əlaqəli çoxsaylı qrupları fəaliyyət göstərir.

“Ümumilikdə 60-a yaxın insan həlak olub, 9 nəfər itkin düşüb, 15 nəfər isə qaçıb”, – mənbə bildirib.

Niger terror fəaliyyətləri və qeyri-qanuni miqrasiya səbəbindən qitənin ən problemli bölgələrindən biri olan Afrikanın Sahel bölgəsində yerləşir. 2014-cü ildə Fransa bölgədə “Barhan” antiterror əməliyyatına başlayıb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − six =