Nigeriya paytaxtında Şeyx Zəkzəki tərəfdarlarının nümayişləri davam edir

Nigeriya paytaxtında Şeyx Zəkzəki tərəfdarlarının nümayişləri davam edir

Nigeriya xalqı Nigeriya İslam Hərəkatının (İMN) lideri Şeyx İbrahim Zəkzəkinin qeyd-şərtsiz azadlığa buraxılması tələbi ilə nümayişlərini davam etdirir.

Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, yanvarın 11-i paytaxt Abucanın Utako Vuse rayonuna kimi keçirilən etiraz yürüşünə çıxanlar, həbsdə olan İMN lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.

Şeyx Zəkzəki 2015-ci ilin dekabrında ordu və polis qüvvələrinin Nigeriyanın şimalındakı Kaduna əyalətindəki iqamətgahına hücumundan sonra həbs olunub. Bir çox şəhid və yaralı ilə nəticələnən hücumda, Nigeriyanın təhlükəsizlik və hərbi qüvvələri Şeyx Zəkzəkinin həyat yoldaşı Zinət İbrahimi də həbs edib.

İndiyə qədər bir çox beynəlxalq insan haqları təşkilatı bu qətliamı qınayıb. Beynəlxalq Amnistiya təşkilatı 2016-cı ilin may ayının əvvəlində Nigeriya hərbçilərinin şiələri öldürməsini, kütləvi məzarlarda basdırmasını və cinayətlə əlaqəli sənədləri məhv etməsini bildirən hesabat yayıb.

Bu yaxınlarda Şeyx İbrahim Zəkzəkinin oğlu, valideynlərinin həkim səhlənkarlığına görə, ağır vəziyyətdə olduğunu bildirmiş, hər iki valideyninin də həbs olunarkən yaralandıqlarını və tibbi yardımdan məhrum olduqları üçün sağlamlıqlarının pisləşdiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 7 =