Nigeriya polisi Şeyx Zəkzəkinin tərəfdarlarına hücum etdi
Nigeriya İslam Hərəkatının (İMN) lideri Şeyx İbrahim Zəkzəkinin qeyd-şərtsiz azadlığa buraxılması tələbi ilə keçirilən dinc yürüşə Nigeriya polisi sərt müdaxilə edib.
Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, dekabrın 8-i paytaxt Abucada etiraz yürüşünə çıxanlar, həbsdə olan İMN lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.
Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.
Nigeriya polisinin alayı nümayişin qarşısını almaq üçün rezin güllələr və gözyaşardıcı qaz bombasından istifadə edib. Aksiyada xəsarət alanlar barədə hələlik məlumat yoxdur.