Nigeriya polisi Şeyx Zəkzəkinin tərəfdarlarının dinc yürüşünü dağıtdı

Nigeriya polisi Şeyx Zəkzəkinin tərəfdarlarının dinc yürüşünü dağıtdı

Nigeriya İslam Hərəkatının (İMN) lideri Şeyx İbrahim Zəkzəkinin qeyd-şərtsiz azadlığa buraxılması tələbi ilə keçirilən yürüşə Nigeriya polisi isti su şırnağı ilə hücum edib.
Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, dekabrın 1-i paytaxt Abucanın Vuse rayonunda etiraz yürüşünə çıxanlar, həbsdə olan İMN lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndiriblər.

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər, ancaq Nigeriya polisinin alayı nümayişin qarşısını almaq üçün isti su şırnağından istifadə edib. Aksiyada xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + thirteen =