Nigeriya şiələri Şəhid Süleymaninin xatirəsinə həsr olunmuş yürüş keçirib və Amerika bayrağını yandırıblar-Foto

Nigeriya şiələri Şəhid Süleymaninin xatirəsinə həsr olunmuş yürüş keçirib və Amerika bayrağını yandırıblar-Foto

General Qasım Süleymaninin şəhadətinin 3-cü ildönümündə Nigeriya İslami Hərəkatının üzvləri ABŞ-ın cinayət əməlinə etiraz əlaməti olaraq yürüş keçirib və Amerika Birləşmiş Ştatlarının bayrağını yandırıblar.

“Müstəqil Nigeriya” qəzetinin məlumatına görə, Nigeriya müsəlmanları bu yürüşdə Amerika bayrağını yandırıb və şəhid Süleymaninin qətlini pisləyən plakatlar daşıyıblar.

Bu xəbərə görə, şəhid Qasım Süleymani ilə bu həmrəylik yürüşündə iştirak edən müsəlmanlar “Plaza” ərazisindən paytaxtın “Ahmadou Blue” meydanına doğru hərəkət ediblər.

Bu hərəkatın katibi Abdullahi Məhəmməd Musa” deyib: “Etiraz və Amerika bayrağının yandırılması bütün dünyada terror qurbanlarının yanında dayanan bir insanın vəhşicəsinə öldürülməsindən narazılıq nümayiş etdirməkdir.”

Nigeriya İslami Hərəkatının lideri Şeyx İbrahim Zəkzaki general Qasim Süleymaninin şəhadətinin üçüncü ildönümündə Fars Xəbər Agentliyinin ərəb saytına verdiyi müsahibədə bu böyük şəxsiyyətin yolunu davam etdirməyə çağırıb.

Şeyx İbrahim Zəkzaki vurğulayıb ki, hər bir müsəlman və azadlıq axtaran şəxsin onun yolu ilə getməsi və məktəbini yaşatması vacibdir. Şeyx Zəkzaki müqavimət hərəkatının gənclərinə tövsiyə edib və deyib: Müqavimət gəncləri istismarçı ölkələrə qarşı olmalıdırlar, çünki xalqı xilas etmək və azadlığa qovuşmağın yeganə yolu budur.

Keçən il də Nigeriya İslami Hərəkatının lideri Qüds Qüvvələri komandirinin şəhadətinin ildönümü ilə bağlı mesajında başsağlığı verib.

General Qasim Süleymaninin şəhadətinin 3-cü ildönümündə bu sevimli şəhidin onlarla pərəstişkarının və bir sıra daimi səfirlərin iştirakı ilə İran İslam Respublikasının Abucadakı səfirliyində “Qlobal müqavimət qəhrəmanı General Süleymani” adlı toplantı keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 2 =