Nigeriyada Ərbəin mərasiminə hücum edildi: Şəhid olanlar var
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Aləm telekanalı Nigeriya polisi və təhlükəsizlik qüvvələrinin bu ilki Ərbəin mərasiminə hücum etdiyini bildirib.
Kanalın müxbiri çərşənbə axşamı, Ərbəin mərasiminin üç iştirakçısının şəhid edildiyini və onlarla insanın yaralandığını bildirib.
Livanln NBN telekanalı da Nigeriya təhlükəsizlik qüvvələrinin Ərbəin mərasiminin iştirakçılarına hücumunun görüntülərini yayımlayaraq bu hadisəni təsdiqləyib. Yayılan görüntülərə görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Nigeriya təhlükəsizlik qüvvələri əvvəllər də Tasua və Aşura günlərində bu ölkənin şiələrinə hücum edərək onlara qarşı vəhşiliklər törətmişdir.
Bəzi mənbələr də bu gün Nigeriya İslam Hərəkatı tərəfindən Abujanın Quarimpa bölgəsində təşkil edilən Ərbəin mərasiminə hücum edildiyini və hücum nəticəsində bu hərəkatın bir çox qadın üzvünün yaralandığını söyləyib.