Nigeriyadakı terror hücumunda 110 insan həyatını itirib

Nigeriyadakı terror hücumunda 110 insan həyatını itirib

Nigeriyada, ölkənin şimal-şərqində, Borno əyalətində ən azı 110 mülki şəxs silahlı yaraqlıların hücumuna məruz qalıb. Bu barədə BMT-nin Nigeriyadakı Humanitar Koordinatoru Edvard Kallon açıqlama verib.

“Deyerler.org”un islam.ru-ya istinadən verdiyi xəbərə görə, BMT-nin nümayəndəsinin açıqlamasında deyilir: “Paytaxtın yaxınlığında Mayduquri kəndində qeyri-dövlət silahlı qrupları tərəfindən mülki vətəndaşlara edilən dəhşətli hücum məni hiddətləndirib. Bu hücum nəticəsində ən azı 110 mülki şəxs amansızcasına öldürülüb və çoxlu insan yaralanıb”. Nigeriya mətbuatının verdiyi məlumata görə, naməlum silahlılar düyü yığan əkinçilərə hücum edib.

Qeyd edək ki, ölkədə İŞİD-lə əlaqəli olan radikal “Boko Haram” qruplaşması fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =