Nikol Paşinyanın impiçmenti tələbi ilə aksiya başlayıb

Nikol Paşinyanın impiçmenti tələbi ilə aksiya başlayıb

Ermənistanda baş nazir Nikol Paşinyanın impiçmenti tələbi ilə aksiyaya start verilib.

BAKU.WS “Sputnik Ermənistan”a istinadən xəbər ki, etirazçılar paytaxt İrəvanda Milli Məclisin binası qarşısına toplaşıblar. 

Aksiyada iştirak edənlər 44 günlük müharibədə ölən hərbçilərin qohumları və digər şəxslərdir.

Parlament binasının girişinə xeyli sayda polis əməkdaşları cəlb edilib. Milli Məclisin binasının yerləşdiyi küçə polis tərəfindən əhatəyə alınıb.

Qeyd edək ki, Ermənistanda ötən axşam saatlarında da bu binanın qarşısında aksiya təşkil edilib.

Məlumat üçün bildirək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Düşmən qüvvələrinin diversiya qrupları qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Yaranan vəziyyətin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =