Nikol “sülh” desə də… – Ermənistanın Azərbaycana qarşı gizli planı üzə çıxdı -VİDEO

Nikol “sülh” desə də… – Ermənistanın Azərbaycana qarşı gizli planı üzə çıxdı -VİDEO



Publika.az xəbər verir ki, bir neçə gün öncə məlum xəritə metrostansiyanın girişindəki divardan götürülmüş, yerinə reklam monitoru qoyulmuşdu.

Bu addım Ermənistanın Azərbaycan və Türkiyə də daxil olmaqla qonşu ölkələrə qarşı ərazi iddiasından imtinası kimi dəyərləndirildi. Hazırda aparılan sülh danışıqları prosesi, o cümlədən, Ermənistanın Türkiyə ilə münasibətlərinin düzəlməsi istiqamətindəki səyləri bu addımın müsbət qiymətləndirilməsinə səbəb oldu. Lakin cəmi bir neçə gün sonra xəritənin bərpa edilməsi Ermənistanla normal münasibətlər perspektivini də sual altına salır.

Xəritədə Azərbaycan, Türkiyə, Gürcüstan və İran əraziləri “böyük ermənistan”a daxil edilib.

Bu xəritənin yenidən sərgilənməsi göstərir ki, ermənilərin gizli planı həmişə aktualdır. Ermənistan hazırda nə qədər sülh tərəfdarı kimi görünsə də, əslində “böyük ermənistan” planlarından vaz keçmir və nə vaxtsa imkan yarananda yenidən ərazi iddialarını gündəmə gətirəcəklər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 4 =