Nikolun Azərbaycana hücum əmrinin hədəfi: diversantlara hansı tapşırıq verilib?

Nikolun Azərbaycana hücum əmrinin hədəfi: diversantlara hansı tapşırıq verilib?

Masallı rayonunun Xırmandalı kənd uşaq bağçasının binası qəzalı vəziyyətdədir. Üstəlik müəllimlər öz vəsaitləri hesabına içməli su alırlar. Bağça 1981-ci ildə tikilib, istifadəyə verilib. Vaxtilə bağça iki korpusdan ibarət olub.

Korpuslardan biri qəzalı vəziyyətdə olduğuna görə fəaliyyəti dayandırılıb. Hazırda fəaliyyətdə olan korpusda da pəncərə, qapılar qırıq vəziyyətdədir. Qışda otaqları odun peçi ilə qızdırırlar. Böyük olduqlarına görə bəzən otaqlar tam qızmır. Bağçanın ən böyük problemlərindən biri də içməli və məişət suyu problemidir.

Müəllimlər su maşınlardan həftə ərzində 3 dəfə, 600 litr su alıb, xüsusi çənlərə doldururlar. Bu da onlara ay ərzində təqribən 100 manata başa gəlir. Aidiyyəti orqanlar bağçanın problemlərindən xəbərdardılar. Gələcəkdə bağçanın su problemini aradan qaldırmaq üçün subartezian quyuların qazılması nəzərdə tutulub. Qeyd edək ki, hazırda bağçada 40 uşaq olmaqla, iki qrup fəaliyyət göstərir. 

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =