“Normallaşma cinayətdir”: Ali-Xəlifə və ərəb kompromislərinin tənqidi yenidən yüksəldi-Foto

“Normallaşma cinayətdir”: Ali-Xəlifə və ərəb kompromislərinin tənqidi yenidən yüksəldi-Foto

Bəhreyn xalqı və nümayəndələri Ali-Xəlifə rejimi ilə sionist rejim arasındakı münasibətlərə qarşı kiber məkanda kampaniyaya başlayıb və bir daha bütün sahələrdə normallaşmaya qarşı olduqlarını vurğulayıb.

 Bəhreyn parlamentinin iclası nümayəndələrin bu yaxınlarda qondarma “İsrail”ə “sionist rejim” adının verilməsi ilə bağlı mübahisələrlə müşayiət olunub.

Bəhreynlilərlə yanaşı ərəbdilli Twitter istifadəçiləri də sosial şəbəkələrdə sionistlərlə normallaşmaya qarşı çıxıb və tənqid dalğasına səbəb olub.

Bəhreyn 2020-ci il sentyabrın 15-dən sionist rejimlə münasibətləri normallaşdıran ölkələr qrupuna qoşulmasına baxmayaraq, ölkə parlamentinin son iclasında Manama nümayəndələrinin İsrail rejimi ilə bağlı təsəvvür və ona qarşı münasibətinin fərqli olması aydın oldu.

Bəhreyn parlamentinin üç gün öncəki (çərşənbə, 1 fevral) iclasında Bəhreyn nümayəndələrindən Məmduh Əs-Saleh qondarma “İsrail”i “qəsbkar sionist rejim” adlandırıb. Lakin Bəhreyn parlamentinin sədri Əhməd ibn Salman Əl-Müslim bu vəsfi rədd edərək, çıxışlardan “sionist rejim” ifadəsinin silinməli olduğunu bildirib.

Bu, digər millət vəkili Zeynəb Əbdüləmiri müzakirəyə müdaxilə etməyə vadar edib və o, İsraili qəsbkar rejim adlandıraraq Məmduh Əs-Salehə dəstək verib.

Zeynəb Əbdüləmir ərəb müşavirlərindən birinin (Bəhreyn parlamentinə hüquq müşaviri təyin edilmiş qeyri-Bəhreyn vətəndaşı olan bir şəxsin) müdaxiləsinə qəzəblənib və iclasda deyib:

Gördüm ki, müşavir həmkarımızın tələbini gündəmdən çıxarmaq üçün parlamentimizin sədrinə işarə etdi!

O, Bəhreynli olmayan bir şəxsdir və belə olduğu halda, necə bizim ölkənin məsələlərinə münasibət bildirə və ya spikerimizə göstəriş verə bilər?!

 “İsraili” qəsbkar rejim kimi xarakterizə edən Bəhreyn nümayəndəsi Əs-Saleh ölkəsindəki hava yollarının İraq kimi qonşu ölkələrə birbaşa uçuşlar ayırmamasını tənqid edib və deyib:

Aviaşirkətlər başqa ölkələrə, o cümlədən (işğal olunmuş ərazilərə) geri dönüş olmadan səyahət üçün 25% endirim təklif etsə də, məncə, heç bir bəhreynli bu marşrutla qəsbkar və cinayətkar rejim tərəfindən işğal olunmuş ərazilərə uçmaq istəməz.

İki Bəhreyn nümayəndəsi dəfələrlə İsraili qəsbkar bir rejim kimi təsvir edib və iclasda iştirak edənlərdən bu adın təsdiqini tələb ediblər.

Bu görüşlə bağlı videoların geniş yayılmasından sonra Bəhreyn xalqı bu iki nümayəndənin şücaətli mövqelərini yüksək qiymətləndirib və ərəb rejimlərinin işğalçı qəsbkar sionist rejim qarşısında xidmətlərini davam etdirməsini pisləyib.

Tvitter istifadəçilərindən biri yazıb: “Nümayəndələrin sözləri millətimizin mövqeyidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + eighteen =