Norveçli şokda: Gözlərini ovdu, bağında gəmi gördü!

Norveçli şokda: Gözlərini ovdu, bağında gəmi gördü!

Norveçin Byneset bölgəsində qeyri-adi hadisə baş verib. Johan Helberg səhər oyananda gözlərinə inana bilməyib: nəhəng 135 metrlik konteyner gəmisi birbaşa evinin həyətinə girib.

Gəmi səhər saat 05:00 radələrində sahilə çıxaraq Helbergin evindən cəmi bir neçə metr aralıda dayanıb. Ən maraqlısı odur ki, Helberg bu hadisəni nə səsdən, nə də titrəyişdən hiss edib – onu yalnız qonşusunun həyəcanlı zəngi oyadıb.

“Pəncərəyə baxanda nəhəng bir gəmini gördüm və inanılmaz mənzərə ilə qarşılaşdım. Başımı qaldırmadan yuxarısını görmək mümkün deyildi,” – Helberg Norveçin TV2 kanalına bildirib.

O deyib ki, gəmi cəmi beş metr daha cənuba getsəydi, birbaşa yataq otağına girəcəkdi.

Hazırda gəminin niyə istiqamətdən çıxdığı və sahilə necə çatdığı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two − one =