Novruzovdan Bağdasaryanın MÜHARİBƏ anonsuna cavab: “Daha AĞIR olacaq!”

Novruzovdan Bağdasaryanın MÜHARİBƏ anonsuna cavab: “Daha AĞIR olacaq!”

Ermənistan noyabr ayında baş verəcək genişmiqyaslı müharibəyə hazırlaşır. Erməni politoloqun fikrincə, yeni müharibə bir ay sonra baş verəcək.

Onun bu açıqlaması sosial şəbəkələrin Ermənistan seqmentini bir-birinə qatıb. Ermənilər yeni müharibə xofundan əməlli-başlı qorxuya düşüblər.
Milli Məclisin deputatı Siyavuş Novruzov Publika.az-a açıqlamasında bildirib ki, bu cür bəyanatlar sadəcə olaraq daxili auditoriya üçündür:

“Onlar mütəmadi olaraq belə məsələləri qaldırırlar. Bu cür müharibə anonsları ilə Ermənistan cəmiyyətinin reaksiyasını yoxlayırlar. Özləri də gözəl bilirlər ki, əgər bu dəfə müharibə yenidən başlasa, Azərbaycan Silahlı Qüvvələrinə, vətəndaşlarımıza, eləcə də ərazi bütövlüyümüzə qarşı Ermənistan tərəfindən hər hansı bir addım atılsa, ermənilər üçün nəticələr çox ağır olacaq. Çünki Azərbaycan 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük qələbə əldə etdi. Eyni zamanda, Azərbaycanın bu istiqamətdə böyük təcrübəsi var. Ordumuz mütəmadi olaraq təlimlər keçirir, beynəlxalq təcrübələri öyrənib. Həm ruh yüksəkliyi, həm Xalq-İqtidar birliyi, həm də Azərbaycanın yekdil mövqeyi onu deməyə əsas verir ki, bu dəfə müharibə baş versə, nəticələri Ermənistan üçün daha ağrılı olacaq”.

Deputat bildirib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı 5 bənddən ibarət şərtini irəli sürüb:

“Həmin şərtlər əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması ilə əlaqədar Bakı İrəvana vaxt verib. Bu müddət ərzində Ermənistan öz cavabını verməlidir. Digər beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər də bu məsələnin sülh yolu ilə həll olunmasını istəyir. Həmin beynəlxalq təşkilatlar və dövlətlər, hətta Ermənistanı müdafiə edən dövlətlər də Azərbaycanın irəli sürdüyü şərtləri qəbul ediblər. Hətta Ermənistanın siyasi rəhbərliyi də bu şərtləri qəbul etdiyini açıqlayıb”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 12 =