Nücəba Hərəkatının lideri: Suriya müqavimət oxuna qoşulmaq məcburiyyətində qalacaq

Nücəba Hərəkatının lideri: Suriya müqavimət oxuna qoşulmaq məcburiyyətində qalacaq

İraq Nücəba Hərəkatının lideri sonunda Suriyanın da, digər bölgələr də müqavimət oxuna qoşulacağını vurğulayıb.

Sizinyolun xarici KİV-lərə istinadla verdiyi məlumata əsasən, İraq İslami Müqavimət Hərəkatının baş katibi  Şeyx Əkrəm Əl Kəəbi dünən gecə (21 yanvar)  videomüraciətində Qəzza xalqının qələbəsi münasibətilə dünyanın bütün azad xalqlarını, xüsusilə də İran İslam Respublikasının başçılıq etdiyi müqavimət oxunu təbrik edib. O, Livandan Yəmənə və İraqa, Fələstin müqavimətinin Əl-Əqsa Fırtınası döyüşündəki qələbəsi və bütün döyüşçüləri salamlayaraq deyib: Atəşkəsdən sonra Qəzzada əməliyyatlarımızı dayandırdıq. Amma düşmən yenidən əməliyyatlara başlasa, biz də öz vəzifəmizi yerinə yetirəcək, Fələstin xalqına dəstək olacağıq.

Şeyx Əkrəm Əl Kəəbi əlavə edib: Biz İslam dünyasının ən mühüm məsələsini, yəni müqəddəs Qüds məsələsini heç vaxt tərk etməyəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 5 =