“Nücəba” lideri Kəbə evinin azad ediləcəyini bəyan etdi
Eastnews.org-un verdiyi xəbərə görə, İraqın “Nücəba” hərəkatının lideri Şeyx Əkrəm əl-Kabi “Ənsarullah” hərəkatının Səudiyyə Ərəbistanına qarşı növbəti hərbi əməliyyatı barəsində danışıb.
Şeyx Əkrəm əl-Kabi vurğulayıb ki, müqavimət cəbhəsi Yəmən xalqının bütün uğurlarına sevinir.
“Bu uğurlu hərbi əməliyyat münasibəti ilə Peyğəmbər (s) və Əmirəlmöminin (ə) tərəfdarlarını, Zeyd ibn Əlinin nəvələrini təbrik edirik. Tezliklə müqavimət cəbhəsi Kəbə evində şükür namazı qılacaq”, – deyə Şeyx Əkrəm əl-Kabi diqqətə çatdırıb.
O qeyd edib ki, Kəbə evi hal-hazırda Səudiyyə Ərəbistanı rejiminin işğalı altındadır.