Nuşabadi: İranın hücumu Qətərin ərazi bütövlüyünü pozmaq kimi sayılmır / Əl-Üdeyd bazası ABŞ torpağı hesab olunur

Nuşabadi: İranın hücumu Qətərin ərazi bütövlüyünü pozmaq kimi sayılmır / Əl-Üdeyd bazası ABŞ torpağı hesab olunur

İranın tanınmış diplomatı və ölkəmizin keçmiş Oman səfiri Hüseyn Nuşabadi deyib: “Bizim strateji siyasətimiz qonşularla münasibətlərin genişləndirilməsidir. Bu səbəbdən də bu əməliyyat heç bir şəkildə Qətər dövlətinə qarşı bir təcavüz sayılmır. Bu mesaj da rəsmilərimiz tərəfindən öz həmkarlarına çatdırılıb və şübhəsiz ki, Qətər rəsmiləri də bunun fərqindədirlər ki, bu hücum onların ərazisinə qarşı olmayıb.”

O əlavə edib: “Əslində biz Qətərin bir nöqtəsini hədəf almışıq ki, həmin nöqtə faktiki olaraq ABŞ torpağı hesab olunur. Çünki xarici ölkələrin bazaları və diplomatik obyektləri həmin ölkələrin ərazisi hesab olunur”.

Nuşabadi həmçinin vurğulayıb: “Region ölkələri bilməlidir ki, İran heç bir qonşu və ya bölgə ölkəsinə qarşı təcavüz niyyətində deyil, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək. Bu güc 12 günlük müharibədə bütün ölkələrə sübut edildi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + fifteen =