Nuseyrat düşərgəsində şiddətli qarşıdurma

Nuseyrat düşərgəsində şiddətli qarşıdurma

 Xəbər mənbələri Qəzza zolağının müxtəlif bölgələrində, xüsusilə Nuseyrat düşərgəsində şiddətli toqquşmaların davam etdiyini və Fələstin müqavimətinin sionist ordusuna hücumlarını bildirib.

İRNA-nın verdiyi xəbərə görə, bu gün (8 iyun) Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərinin şərqində müqavimət döyüşçüləri ilə işğalçı qüvvələr arasında şiddətli toqquşmalar baş verib.

Məlumata görə bu ərazidə güclü partlayış və atışma səslərinin eşidildiyi, fələstinli müqavimət döyüşçülərinin yeni Nuseyrat düşərgəsinin şimalında sionist rejimin əsgərlərini hədəfə aldıqları da deyilir.

Digər bir məlumatda deyilir: Sionist rejimin bir qrup xüsusi əsgəri Nuseyrat düşərgəsinə gizli şəkildə daxil olan zaman müqavimət döyüşçüləri tərəfindən aşkar edilib və sionist hərbçilərlə müqavimət arasında qarşıdurma olub. Nəticədə sionist rejim qurudan, havadan və dənizdən sərsəm bir şəkildə bölgəni bombalayıb və raket atəşinə tutub  və  çoxlu sayda fələstinli mülki şəxsin şəhid olması və yaralanmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 3 =