Nüvə sazişi yalnız bir üzvün hesabına həyata keçirilməməlidir

Nüvə sazişi yalnız bir üzvün hesabına həyata keçirilməməlidir

Atom Enerjisi Təşkilatının rəhbəri deyib: “İran İslam Respublikasının Agentlik ilə əməkdaşlığı dürüst və geniş şəkildə davam edir. Agentliyin İranda təyin etdiyi müfəttişlərin sayı heç bir ölkə ilə müqayisə oluna bilməz. İranın obyektləri dünyadakı nüvə obyektlərinin cəmi 3%-ni təşkil etdiyi halda, 2023-cü ildə MAQATE tərəfindən aparılan bütün yoxlamaların beşdə birindən çoxu İranda aparılıb.”

Prezidentin köməkçisi və İran Atom Enerjisi Təşkilatının rəhbəri Beynəlxalq Atom Enerjisi Agentliyinin qərargahında iştirak edib, bu iclasdakı çıxışında ölkənin mövqeləri və İran İslam Respublikasının sülhməramlı nüvə proqramlarını açıqlayıb.

Atom Enerjisi Təşkilatının rəhbəri agentliyin iclasında deyib: “İranın JCPOA-da könüllü addımları qəddar sanksiyaların ləğvi müqabilində idi. Bu gün siyasi və psixoloji təzyiqlə baş verənlər, İranı sanksiyaların ləğvi ilə bağlı öhdəliklərindən asılı olmayaraq JCPOA tədbirlərini həyata keçirməyə məcbur etməkdir.”

“JCPOA yalnız bir üzvün hesabına həyata keçirilməməlidir” – deyə, o, əlavə edib.

ABŞ-ın qeyri-qanuni olaraq birtərəfli şəkildə çıxmasından və üç Avropa hökuməti və Avropa İttifaqının öhdəliklərinə əməl etməməsinin ardınca, İran İslam Respublikası, JCPOA-nın 26 və 36-cı maddələri və İslami Şura Məclisinin Strateji Fəaliyyət Qanunu əsasında öz hüquqlarını əsas götürərək, Hərtərəfli Mühafizə Sazişindən kənar tədbirlərin həyata keçirilməsini dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + one =