NYT: ABŞ Kiyevə Rusiya ilə bağlı kəşfiyyat məlumatlarını təqdim etmək planınını hazırlayır

NYT: ABŞ Kiyevə Rusiya ilə bağlı kəşfiyyat məlumatlarını təqdim etmək planınını hazırlayır

Pentaqon Rusiyanın mümkün işğalı ilə bağlı Ukraynaya kəşfiyyat məlumatı vermək planı hazırlayır.

SalamNews xəbər verir ki, bu barədə nüfuzlu “Nyu York Times” nəşri məlumat yayıb.

Nəşr bu məlumatı ABŞ rəsmiləri ilə bağlı etibarlı mənbələrə istinadən dərc edib.

Obama administrasiyasında müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini vəzifəsində çalışmış Evelin Farkas belə deyib: Bizim edə biləcəyimiz ilk şey real vaxt rejimində əməliyyat kəşfiyyatıdır”. Əgər görsək ki, Rusiya sərhəddi keçir yəni bizə mane olur o zaman onlara gizlin məlumatları ötürürük, həmin tərəf isə bundan Kremlə qarşı istifadə edəcək”.

Nəşr yazır ki, Amerika rəsmiləri etiraf edir ki, “kəşfiyyat məlumatlarının təmin edilməsi ilə bağlı potensial problemlərdən biri budur ki,Bu, Ukraynanın ilk zərbə endirməsinə gətirib çıxara bilər”.

Nəşr xatırladır ki, Birləşmiş Ştatlar artıq Ukraynaya hərbi yardım, o cümlədən öldürücü silahların tədarükü ilə məşğuldur. Xüsusilə, 2018-ci ildən Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri tədarük edilir.

Bu il də prezident Co Bayden əlavə silahların göndərilmənə dair göstəriş verib.Mümkün potensial hərbi təchizat siyahısına əvvəllər əfqan hərbçiləri üçün ayrılmış vertolyotların və digər hərbi texnikanın Ukraynaya yönləndirilməsi daxildir.

Qeyd edək ki, amerikalı və britaniyalı kibermüharibə mütəxəssisləri Rusiyanın mümkün kiberhücumlarına qarşı durmaq üçün artıq Ukraynadadırlar.

SalamNews.org.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =