NYT: ABŞ nüvə silahı olan Rusiya və Çinə qarşı necə hərəkət edəcəyini bilmir
ABŞ-ın Rusiya və Çinlə qarşıdurmada qərarı bu ölkələrdə mövcud olan nüvə silahı ilə qəlizləşir.
APA xəbər verir ki, bu barədə “New York Times“ nəşri məlumat yayıb.
Keçmiş Pentaqon rəsmisi Henri Sokolski nəşrə deyib:
“Biz nə edəcəyimizi bilmirik”.
Nəşrin fikrincə, Çin öz nüvə potensialını genişləndirməyə, bununla da beynəlxalq arenada qüvvələr balansını dəyişməyə hazırlaşır.
Qeyd olunur ki, Konqresdə yüksək səviyyədə Çin arsenalının genişləndirilməsi ilə bağlı müzakirələr aparılır.
Apa.az