NYT: “Hizbullah” və İran öz raket bölmələrinin döyüş hazırlığı səviyyəsini aşağı salıb
İran və “Hizbullah” hərəkatı Qəzza zolağında atəşkəslə bağlı Dohada aparılan danışıqlar fonunda öz raket bölmələrinin döyüş hazırlığı səviyyəsini aşağı salıb.
APA xəbər verir ki, bu barədə cümə günü “The New York Times“ qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, İsrail kəşfiyyat xidmətləri “Hizbullah” və İranın öz raket bölmələrinin döyüş hazırlığının səviyyəsini aşağı saldıqları qənaətinə gəliblər.
Məlumatda qeyd olunur ki, İsrail İranın mümkün zərbəsinin daha sonra baş verə biləcəyinə inanır.