NYT: İsraili əvvəlcə “Hizbullah” vuracaq, sonra İran hücuma qoşulacaq
Livanın “Hizbullah” hərəkatı İranın zərbələrindən əvvəl İsrailə ilk hücum edə bilər.
Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin İsraildəki iki mənbəsi və yüksək rütbəli Qərb kəşfiyyat rəsmisi son məlumatlara əsasən yəhudi dövlətinə iki ayrı zərbənin mümkün olduğunu bildirib. Eyni zamanda, qəzet kəşfiyyat məlumatlarının az olduğunu və tez-tez dəyişdiyini qeyd edir.
CNN daha əvvəl “Hizbullah”ın yaxın günlərdə hücuma keçə biləcəyini bildirmişdi.