Nyu York polisi irqçilik əleyhinə keçirilən mitinq iştirakçılarına basqın etdi

Nyu York polisi irqçilik əleyhinə keçirilən mitinq iştirakçılarına basqın etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Nyu York polisi, bu şəhərdə keçirilən irqçilik əleyhinə bir mitinqi dağıdaraq bir sıra mitinq iştirakçılarını həbs edib.

CBS xəbər saytının verdiyi məlumata görə, ABŞ-dakı irqi ayrıseçkiliyə etiraz edənlər cümə axşamı gecəsi Nyu York şəhərinin Mərkəzi Parkında toplanıblar.

Etirazçılar ABŞ-dakı mütəşəkkil irqçiliyə və polisin vəhşiliyinə qarşı şüarlar səsləndirərək qitənin ilk avropalı kəşfiyyatçısı Kristofer Kolumb da daxil olmaqla bir neçə şəxsiyyətin heykəllərinin üzərinə qırmızı rəng səpiblər.

Polis Mərkəzi Parka girdikdən sonra nümayişçilərlə toqquşmuş və onlardan bir çoxunu saxlayıblar.

İyun ayının əvvəlində Minneapolis polisi 46 yaşlı qaradərili Corc Floydu qətlə yetirdikdən sonra, Minneapolisdə polis vəhşiliyinə və irqçi ayrıseçkiliyə qarşı ümummilli etirazlar başladı və bu etirazlar ABŞ-ın digər şəhərlərinə də yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =