Nyu-York prokuroru Trampı həbs etməyə hazırlaşır
ABŞ-ın keçmiş prezidenti Donald Trampın üzərinə məhkəmə buludları yığılmaqda davam edir. Sabiq prezidentin həbs olunmaq təhlükəsi reallaşıb.
Pubıika.az xəbər verir ki, ABŞ mediasının məlumatına görə, federal, əyalət və yerli hüquq-mühafizə orqanları eks-prezidentin cinayət işi açıldıqdan sonra həbs olunacağı təqdirdə, artıq təhlükəsizlik tədbirləri planlaşdırır.
Belə görünür ki, Co Bayden administrasiyası Tramp tərəfdarlarının Kapitoliyə basqın etdiyi 6 yanvar 2021-ci il hadisələrinin təkrarlanmasından ciddi şəkildə qorxur.
Vəziyyətin nə qədər ciddi olduğunu “Fox News”in xəbərinə görə qiymətləndirmək olar. Məlumata görə, Nyu-York şəhər prokuroru Donald Trampın həbsinə hazırlaşır.
Qeyd olunur ki, bütün bunlar Trampın Ağ Evə qayıtmasının istənilən şəraitdə qarşısını almaq üçün ona təzyiq alətidir.
Publika.az