Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

Nyu-York ştatının qubernatoru Keti Hokul bölgədə gözlənilən yağış fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Bu barədə qubernatorun mətbuat xidməti məlumat yayıb.
“Güclü yağışların proqnozlaşdırıldığı bölgələrdə insan həyatı və əmlakları qorumaq üçün lazımi resursları təmin edə bilməyimiz üçün fövqəladə vəziyyət elan edirəm”, qubernator bildirib.
Fövqəladə vəziyyət Bronks, Brum, Çenanqo, Delaver, Qrin, Kingz, Montqomeri, Nassau, Nyu York, Oranj, Otseqo, Patnem, Kuins, Riçmond, Roklend, Skenektadi, Şoxari, Saffolk, Sallivan, Tioqu, Olster, Vesçester və ona bitişik ərazilərə şamil edilir.
Qeyd olunur ki, yağıntılar ştatın bəzi yerlərində daşqınlara səbəb ola bilər.
SalamNews