Nyu-Yorkda parkinq uçub, ölən və yaralananlar var -YENİLƏNİB-VİDEO

Nyu-Yorkda parkinq uçub, ölən və yaralananlar var -YENİLƏNİB-VİDEO

Nyu-Yorkda 4 mərtəbəli parkinq binasının çökməsi nəticəsində ən az bir nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb.

APA “Reuters“ə istinadən xəbər verir ki, hadisə şəhərin Manhetten bölgəsində baş verib. Ölənin binanın işçisi olduğu açıqlanıb. Xəsarət alan 4 nəfərin xəstəxanaya yerləşdirildiyi, yüngül yaralanmış daha 6 işçinin isə tibbi müayinədən imtina etdiyi bildirilib.

Məlumata görə, çökən bina Pace universitetinin və Nyu-York birjasının yaxınlığında yerləşir.

Nyu-York Şəhər Binalar Departamentinin qeydlərinə görə, binada bu vaxtadək əksəriyyəri liftləri barəsində olmaqla 45 qanun pozuntusu aşkarlanıb.

2003-cü ildə isə binanın tavan plitələrində çatların olması səbəblə 800 dollar cərimə tətbiq edilib.

Şahidlər binanın gözlənilmədən və çox sürətlə çökdüyünü bildiriblər.

***

Nyu-Yorkun Manhetten məhəlləsində bina çöküb. Şəhərin yanğından mühafizə xidmətinin məlumatına görə, 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

APA-nın CBS telekanalına istinadən verdiyi məlumata görə, qəza yerində xilasedicilər işləyir. Yerli sakinlərin sosial şəbəkələrdə yerləşdirdiyi kadrlarda onlarla avtomobilin olduğu tikilinin uçduğu görünür. Bəzi şahidlərin sözlərinə görə, bundan əvvəl onlar partlayışa bənzər səs eşidiblər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =