Obama: “Amerika dərindən bölünüb”
Eastnews.org-un verdiyi xəbərə görə, sabiq ABŞ prezidenti müsahibəsində prezidentliyə namizədlərin hər birinin 70 milyondan çox səs qazandığını söyləyib.
Barak Obama qeyd edib ki, bu, ölkənin dərin bölündüyünü göstərir:
“Biz qanundan kənar deyilik. Qanundan yuxarı deyilik. Demokratiyamızın özü budur. Trampın saxtakarlıq iddialarının heç bir real ssenari və heç bir hüquqi əsası yoxdur. Bayden ABŞ-ın növbəti prezidenti, Harris isə növbəti vitse-prezident olacaq. Prezidentliyə namizədlərin hər birinin 70 milyondan çox səs toplaması ölkənin ciddi şəkildə bölündüyünü göstərir”.