Obamanın prezidentlikdən əvvəl Rusiyanın Perm vilayətində nə işi olub?

Obamanın prezidentlikdən əvvəl Rusiyanın Perm vilayətində nə işi olub?

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Rusiyada çəkilmiş köhnə fotosu “Reddit” istifadəçilərini təəccübləndirib.

Permdə nüvə silahı proqramı ilə bağlı təftiş zamanı qeydə alınan görüntü 2005-ci ilə aiddir. Kadrda Obama əlində bir stəkan araqla çəkilib. Onun yanında İllinoys senatoru Dik Luqar dayanır.

Fotoya “Obama Rusiyada sosiallaşır” şərhi yazılıb.

İstifadəçilər, nəhayət, ABŞ-ın gələcək prezidenti ilə KQB arasında əlaqənin olduğuna dair sübutların ortaya çıxdığını deyiblər.

Şəkildə Obamanın yorğun sifəti nəzərdən qaçmayıb.

Xatırladaq ki, Barak Obama 2009 və 2017-ci illərdə Amerika Birləşmiş Ştatlarının prezidenti olub.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =