Odessa yaxınlığında 3 azərbaycanlını güllələyib öldürdülər – Dəhşətli hadisənin TƏFƏRRÜATI
Ötən gün gecə saatlarında Odessa şəhərindən 60 km aralıda ölkəni tərk etmək istəyən həmvətənlərimizin maşını diversiya qrupu tərəfindən atəşə tutulub.
BAKU.WS xəbər verir ki, bu barədə AZXEBER.COM-a açıqlamasında Odessada yaşayan tanınmış diaspor sədri Anar Ağazadə söyləyib.
O, sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin 7-8 maşından ibarət olan kalonunun atəşə tutulduğunu deyib:
“Onların maşınlarını Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran ediblər. Hadisə nəticəsində 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!”
BAKU.WS