OECD-də neft ehtiyatları son beşillik göstəricini ötüb

OECD-də neft ehtiyatları son beşillik göstəricini ötüb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları bu ilin fevralında 14,1 mln. barel artaraq, son beşillik ortalama göstəricini 18 mln. barel üstələyib.

APA-Economics”in Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən verdiyi məlumata görə, OECD ölkələrində neft məhsullarının kommersiya ehtiyatları fevral ayının yekunlarına görə 2,865 mlrd. təşkil edib, bu da illik müqayisədə 237 mln barel, son beşillik ortalama göstəricidən 18 mln. barel çox, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 54 mln. barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 16 =