Oğuzda qəza baş verdi: 13 nəfər xəstəxanalıq oldu

Oğuzda qəza baş verdi: 13 nəfər xəstəxanalıq oldu

Oğuz rayonunda avtomobil qəzası baş verib. 

Oxu.Az-ın məlumatına görə, “Mercedes” markalı mikroavtobus dumanlı hava şəraiti ilə əlaqədar sərt döngədə idarəetməni itirib və qəza baş verib. 13 nəfər Oğuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Onlardan yeddi nəfəri Qəbələ Diaqnostika Mərkəzinə göndərilib.

Xəsarət alanlardan biri – 1982-ci il təvəllüdlü, Şəki rayon sakini Nüsrət İsgəndərov xəstəxanada saxlanılıb, digərlərinin xəsarətləri yüngül olduğu üçün evə buraxılıblar.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − four =