Okeanın dibindən 140 min illik şəhər üzə çıxdı

Okeanın dibindən 140 min illik şəhər üzə çıxdı

Elm adamları İndoneziya sahillərində su altında qalmış 140 min illik batmış şəhəri kəşf ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Şəhərin qalıqları arasından qədim insanın əcdadı olan Homo erektusun kəllə sümüyü tapılıb.

İtmiş şəhərdə kəllə sümükləri ilə yanaşı, elm adamları 36 növdən olan 6000-ə yaxın heyvanın qalıqlarını da aşkar ediblər. Qalıqların bəzilərində, ehtimal ki, qəsdən edilmiş kəsiklər var ki, bu da erkən insanların qabaqcıl ov strategiyalarını tətbiq etdiyinin sübutudur.

Tapıntılar qədim bəşər tarixinə yeni bir baxış təqdim edir və insan təkamülünü daha yaxşı anlamağa kömək edir. Belə ki, yeni kəşf Homo erektusun coğrafi sərhədləri ilə bağlı əvvəlki fikirlərə meydan oxuyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =