Oktyabrın 7-də həlak olan israillilərin ailələri İran və ABŞ-ı məhkəməyə verib
Oktyabrın 7-də ölən və ya əsir düşən amerikalıların ailələri bu prosesdə İranın rolu olduğunu iddia edərək ABŞ məhkəmə sisteminə müraciət ediblər.
Oktyabrın 7-də Əqsa daşqını əməliyyatında ölən və ya əsir düşən amerikalıların ailələri ABŞ federal məhkəməsində İran və müqavimət təşkilatlarına qarşı iddia qaldırıb.
Ailələrin vəkilləri İranın hücumda iştirakını göstərən yeni sübutlara malik olduqlarını iddia ediblər.
“The Times of Israel” qəzeti tərəfindən nəzərdən keçirilən petisiyada iddia olunur ki, İran İnqilab Keşikçiləri vəkil Gary Osenin “açıqladığı məxfi sənədlər” əsasında HƏMAS-a milyonlarla dollar köçürüb .
Müraciətdə 2022-ci ildə HƏMAS-ın yüksək səviyyəli üzvləri Yəhya Sinvar, Xəlil əl-Hayye və başqalarının iştirak etdiyi toplantının sənədləri də var.
İran və İnqilab Keşikçiləri ilə yanaşı, HƏMAS, Hizbullah, İslami Cihad və Fələstinin Qurtuluş Xalq Cəbhəsi də bu işdə “müttəhim” kimi göstərilib.
Sənədlərdə HƏMAS-ın Qətər və Türkiyədən vəsait aldığına dair ifadələr olsa da, bu iki ölkə işdən kənarda qalıb.
Eyni şəkildə, Bayden administrasiyası tərəfindən ABŞ-ın terrorla bağlı qara siyahısından çıxarılan Yəmənin Ənsarullah təşkilatı da iddiada müttəhim kimi qeyd olunmayıb.
İşdə adı çəkilən 37 “qurban ailəsi” arasında İsrailin ABŞ-dakı səfiri olmağa hazırlaşan Yechiel Leiter də var . Leiterin oğlu Moşe Leiter 2023-cü ilin noyabrında Qəzzada baş verən qarşıdurmada öldürülüb.
İddiaçılar ABŞ Xarici Suveren Toxunulmazlıqlar Aktı və Antiterror Aktı əsasında dəymiş ziyanın ödənilməsini istəyirlər.