Olimpiya çempionu ölümdən döndü

Olimpiya çempionu ölümdən döndü

Olimpiya çempionu David Rudişa ölümdən dönüb.

Publika.az xəbər verir ki, dünya rekordçusu olan atlet təyyarə qəzasından sağ çıxıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. İdmançıdan başqa 5 sərnişinin olduğu kiçik təyyarə Keniya yaxınlığındakı Rajiado bölgəsində qəza keçirib. Pilotun səyləri nəticəsində qəzada ölən olmayıb. Yüngül xəsarətlər alan sərnişinlər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, David Rudişa 2012-ci ildə Londonda, 4 il sonra isə Rioda keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, 2011-ci və 2015-ci illərdə isə dünya çempionu olub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 1 =