Ölkə qan içində boğula bilər – ABŞ-da ÇEVRİLİŞ TƏHLÜKƏSİ

Ölkə qan içində boğula bilər – ABŞ-da ÇEVRİLİŞ TƏHLÜKƏSİ

Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert Mixail Xazin deyib.

Onun sözlərinə görə, Amerikada Respublikaçılar Partiyasının tərəfdarları ilə Demokratlar arasında açıq və kütləvi vətəndaş qarşıdurması başlayacağı təqdirdə hərbçilər bu prosesə müdaxilə etmək məcburiyyətində qalacaq və axan qanı dayandırmağa çalışacaqlar.

“Amerika cəmiyyətinin bu kateqoriyası vətəndaş müharibəsinin ABŞ üçün yaxşı heç nə ilə bitməyəcəyini yaxşı bilir. Ona görə də cəmiyyətin bir hissəsinin digər hissəsi ilə mübarizəsini mümkün qədər tez dayandırmağa çalışacaqlar. Eyni zamanda, orduda siyasi subyektivliyin olmadığını nəzərə alsaq, respublikaçılarla Demokrat Partiyasının tərəfdarları arasında silahlı qarşıdurmanı söndürməyə nail olduqdan sonra ordunun nə edəcəyi tam aydın deyil”, – ekspert deyib.

“ABŞ-da vətəndaş müharibəsi baş verərsə, hərbi çevriliş ehtimalı çox yüksəkdir; uniformalı adamlar aydın başa düşəcəklər ki, vəziyyəti öz əllərinə almasalar, ölkə qan içində boğula bilər. Lakin onların bundan sonra nə edəcəkləri tamamilə bəlli deyil”, – deyə Xəzin qeyd edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 9 =