Ölmüş eşşək əti restorana necə gəlib çıxır? – “Saat 5-də qapını bağlayıb gedirlər” – Video
Restoranlarda menyunu bəzəyən, ətdən hazırlanan çeşid-çeşid yeməklər var. Əksəriyyətimiz həmin yeməkləri istər onlayn, istərsə də yerində sifariş edirik. Bəs bu yeməklərin mənşəyindən xəbərimiz olurmu? Tez-tez restoranlarda yarasız at, eşşək əti tapıldığının şahidi oluruq. Bəs ölmüş eşşəyin, atın əti restoranlara necə gəlib çıxır?
Restoranlardan birində aşpaz, administrator kimi fəaliyyət göstərən Pərviz Abdullayev də təsdiqləyir ki, bəzi sahibkarlar daha ucuz başa gəldiyi üçün yararsız ətlərdən istifadəyə meyl edirlər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Elşad Cəbrayılov deyir ki, ət məhsullarının satışı yalnız baytar sanitar ekspertizasından keçirildikdən sonra həyata keçirilə bilər.
Yuxarıda sadaladığımız faktlara nəzər saldıqda görürük ki, şəhadətnaməsi olmadan, yoxlamadan keçməsə də yararsız, mənşəyi bilinməyən ətlər süfrəmizə qonaq olur. Bəs dana əti adı ilə ölmüş eşşək əti yeməmək üçün nələrə diqqət etməliyik?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, yararsız ətlər ən çox uşaq bağçaları, dönərxanalar və mağazalarda satılır.
Onu da bildirək ki, dünya ölkələrinin əksəriyyətində ölmüş heyvanların zərərsizləşdirilməsi üçün util zavodları fəaliyyət göstərir. Sahibkarın heyvanı həlak olanda müvafiq qurum tərəfindən ona kompensasiya ödənilir. Həmin şəxs də ölmüş heyvanı yox etmək üçün zavoda təhvil verir. Beləcə ölmüş heyvan ətinin bazara çıxarılmasının qarşısı rahatlıqla alınır. Ölkəmizdə isə hələlik bu kimi önləyici addımlar atılmayıb. Buna görə də təəssüf ki, hələlik hər şey restoran sahibinin və qəssabın vicdanına qalıb.
Apa.az