Ölüm xəbəri yayılan İsmayıl Qaani Tehranda yürüşlərə qatıldı – Video

Son günlər İrana qarşı həyata keçirilən intensiv hərbi əməliyyatlar fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaninin öldürüldüyü ilə bağlı iddialar yayılmışdı.
Yayılan son görüntülər bu xəbərləri təkzib edir.
Sosial şəbəkələrdə yayımlanan videoda İsmayıl Qaani Tehranda keçirilən kütləvi tədbirdə əhali arasında görüntülənib. O, İran bayraqları ilə dolu izdihamın içində insanlarla görüşür, bəzi vətəndaşlarla söhbət edir və tədbir iştirakçıları tərəfindən əhatə olunur. Kadrlarda Qaaninin sağlam və sakit göründüyü açıq-aydın müşahidə olunur.