Ölümlə nəticələnən 4 TƏHLÜKƏLİ PƏHRİZ

Ölümlə nəticələnən 4 TƏHLÜKƏLİ PƏHRİZ

Ölümlə nəticələnə biləcək dörd təhlükəli pəhriz barədə xəbərdarlıq edilib.

Bu barədə kardioloq Asiya Xaçirova danışıb.

Kardioloq Xaçirova xəbərdarlıq edib ki, yalnız müəyyən qidaları qəbul edib, digərlərini bütövlükdə istisna edən bəzi pəhriz növlərinə aludəçilik böyrək və qaraciyərin fəaliyyətinin pozulmasına səbəb ola bilər.

Onun sözlərinə görə, hətta bunun ölüm riski var. Mütəxəssis bu pəhrizlərdən biri kimi xam qida pəhrizini göstərib. “Tamamilə balanssız bir qidalanma, bundan sonra hətta ölümcül nəticə mümkündür”, deyə o bildirib.

Bundan əlavə, həkim qeyd edib ki, Atkins, ketogenik və paleolit pəhrizləri təhlükəlidir. Çünki onlar zülal və yağ istehlakını, taxıl və süd məhsullarından imtinanı nəzərdə tutur.

Nəticədə insanda B vitaminləri, həmçinin D və kalsium çatışmazlığı yarana bilər. Bu pəhrizlər bağırsaqlarda həddindən artıq stressə səbəb olur və hamilə qadınlar dölün anormal inkişafı ilə üzləşir.

O, xəbərdarlıq edib ki, bu cür pəhrizlərə həvəs qaraciyər və böyrəklərdə stressin artmasına, böyrəklərdə, eləcə də öd kisəsində daşların əmələ gəlməsi, həmçinin aterosklerozun inkişafı riskini artırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =