Oman: Biz İsraillə münasibətləri normallaşdırmaq sazişinə qoşulmayacağıq
Omanın Xarici İşlər naziri nüvə sazişinin əldə edilməsinin regionun və dünyanın maraqlarına cavab verdiyini bildirərək, Maskatın Tel-Əvivlə münasibətlərin normallaşdırılması razılaşmasına qoşulmayacağını bildirib.
Omanın Xarici İşlər naziri Bədr Əl-Busəidi Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Maskatın sionist rejimlə münasibətlərin normallaşdırılması razılaşmasına qoşulmayacağını vurğulayıb.
“Əl-Xəlic Online” və “Monte Karlo” radiosunun bu gün (şənbə) Le-Figaro-ya istinadən, verdiyi xəbərə görə, Bədr Əl-Busəidi deyib: “Oman 1979-cu ildə Kemp Devid razılaşmasından sonra fələstinlilərlə israillilər arasında sülhü dəstəkləyən ilk Körfəz dövlətidir”.
Bununla belə, Omanın Xarici İşlər naziri vurğulayıb ki, Maskat “İbrahim” sazişlərinə (sionist rejimlə münasibətlərin normallaşdırılması) qoşulmayacaq, çünki ölkə Fələstin xalqını dəstəkləyən təşəbbüslərə üstünlük verir.
Əl-Busəidi əlavə edib ki, İbrahim razılaşmasındakı istənilən uğur iki dövlətli həllə əsaslanmalı və Fələstin məsələsinin yekun, qalıcı və ədalətli həllinə gətirib çıxarmalıdır”
O, müsahibənin başqa bir hissəsində Vyana danışıqlarına da toxunub və Oman, İran və ABŞ arasında gizli danışıqları dəstəkləmədi. Lakin o, yeni razılaşmanın əldə edilməsinin Yaxın Şərqin və dünyanın xeyrinə olduğunu bildirib.
O, daha sonra deyib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki qüvvələrin yerdəyişməsi ilə məşğuldur və regionu tərk etməyəcək.
Avropadakı müharibə ilə bağlı Omanın Xarici İşlər naziri bildirib ki, Maskat bu müharibədə neytraldır, çünki bu müharibənin həllini məhz avropalılar tapmalıdır.
Bədr əl-Busaidi əlavə edib: “Oman müharibədən təsirlənən kiçik bir ölkədir və müharibədə iştirak etmək istəmir, lakin həll yolu axtarır.”