Oman müftisi: Fələstin müqaviməti ərəb millətlərinin üzünü ağ etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Oman müftisi Şeyx Əhməd bin Həmd Əl-Xəlili, Fələstin müqavimət qruplarının sionist rejimin Fələstin xalqına təcavüzünə qarşı cavabına reaksiya verib.
Əl-Xəlili twitter hesabında yazıb: “Qəhrəman Müqavimət öz misilsiz şücaəti, böyük fədakarlıqları və uğurlu planları ilə uzun müddət (ərəb) ümmətinin alnına yazılmış və bu ümməti zillət çirkabına qərq etmiş bu ləkəni yuyub təmizlədi. “
O, həmçinin əlavə edib ki, Müqavimət, ümmət problemlərinin yalnız dinin möhkəm ipindən yapışmaqla həll edilə biləcəyini bir daha sübut etdi.
İsrail ordusu artıq doqquzuncu gündür ki, Qəzza zolağına qarşı mülki obyektləri hədəfə almaqla bu amansız təcavüzünü davam etdirir. Son məlumatlara görə Qəzzada indiyədək 61-i uşaq olmaqla 212 nəfər şəhid olmuş1400 nəfər isə yaralanmışdır.
Digər tərəfdən isə sionist rejimi son statistikasında Fələstin müqavimətinin bu hücumlara cavab olaraq işğal altındakı Fələstinə 3000-dən çox raket atdığını elan edib.