Oman müftisi: “Müsəlmanlar öz sərmayələrini Fransız mərkəzlərindən çıxarmalıdır”
Oman müftisi Əhməd Əl-Xəlili Həzrət Peyğəmbərin (s) təhqir olunmasına görə, Fransa mallarına embarqo qoymaq addımını yüksək qiymətləndirib.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Oman müftisi Əhməd Əl-Xəlili Twitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “Müsəlmanlar sərmayələrini bu təcavüzkarların idarə etdiyi iqtisadi təşkilatlardan Peyğəmbərin (ə) ali məqamına yönəltmək üçün birləşməli, asılılıq və müstəqillikdən azad bir dünya iqtisadiyyatı yaratmağa çalışmalıdırlar”.