Oman nümayəndə heyətinin geri qayıtması ilə Yəməndə atəşkəs danışıqlarının bərpası

Oman nümayəndə heyətinin geri qayıtması ilə Yəməndə atəşkəs danışıqlarının bərpası

Yəmən mənbələri Oman nümayəndə heyətinin atəşkəs danışıqlarını bərpa etmək və Səna rəsmiləri ilə görüşmək üçün Yəmənə səfər etdiyini bildiriblər.

Oman nümayəndə heyəti bu gün günorta (çərşənbə axşamı) Səudiyyə-Səna koalisiyası danışıqlarının vasitəçisi kimi Yəməndə atəşkəsin yaradılması üzrə danışıqları bərpa etmək üçün Sənaya gəlib.

 “Əl-Məsirə” kanalı Sənadakı müxbirinə istinadən bildirir ki, Oman nümayəndə heyəti son 20 gündə ikinci səfəri ilə Yəmənin paytaxtı Sənaya gəlib.

Məlumata görə, bu heyətin üzvlərini Yəmənin Ənsarullah Hərəkatının sözçüsü və Səna danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüssalam müşayiət edib.

Yəmənin Ənsarullah Hərəkatının sözçüsü dekabrın 21-də Oman nümayəndə heyətinin atəşkəslə bağlı yeni təkliflər təqdim etmək üçün ölkəyə gəldiyini açıqlayıb.

Bu heyət Sənanın yüksək vəzifəli şəxsləri, o cümlədən Ali Siyasi Şuranın rəhbəri Mehdi Əl-Məşat ilə məsləhətləşdikdən və Səudiyyə koalisiyasının mövqelərini Yəmən hakimiyyətinə ötürdükdən sonra Sənanı tərk etmişdi.

Ənsarullahın sözçüsü daha əvvəl Əl-Məsirə kanalına verdiyi müsahibədə Sənanın mövqelərini açıqlamışdı:

“Təcavüzkar ölkələr Yəmənin iqtisadiyyatını hədəfə aldılar. Onlar ölkənin banklarını və pullarını hədəf alaraq iqtisadi uçurumu kəskin şəkildə genişləndirdilər. Əgər biz humanitar sahədə, o cümlədən, maaşların ödənilməsi, hava limanlarının yenidən açılması ilə bağlı irəliləyiş əldə etsək, digər məsələlərdə də irəliləyiş əldə edə bilərik”.

Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların dəstəklədiyi ərəb koalisiyasının başında 6 aprel 2015-ci ildən Yəmənin istefa vermiş prezidentini hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə qarşı hərbi təcavüz edib və ölkəni qurudan, havadan və dənizdən mühasirəyə alıb.

Bu hərbi təcavüzlə Səudiyyə koalisiyasın heç bir məqsədinə nail olmayıb və yalnız minlərlə yəmənlinin ölümü və yaralanması, milyonlarla insanın didərgin düşməsi, ölkənin infrastrukturunun dağıdılması, aclıq və yoluxucu xəstəliklərin yayılması ilə nəticələnib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =