Oman sahillərində neft tankeri çevrildi

Komor adalarının bayrağı altında üzən neft tankeri Oman sularında qəzaya uğrayıb.
İRNA-nın məlumatına əsasən, Oman Sultanlığının Müdafiə Nazirliyi yanında Dəniz Təhlükəsizliyi Mərkəzi sosial şəbəkədə məlumat yayaraq elan edib: Komor adalarının bayrağı altında üzən neft tankeri Ras Madrakidən cənub-şərqdə təxminən 46 km (25 dəniz mili ) məsafədəki Ed-Dukm bölgəsində çevrilib.
Rəsmilər axtarış-xilasetmə əməliyyatı aparır. Əlavə məlumat verilmir.