Oman soltanı taxt-taca sahib olma qaydasını dəyişdirdi

Oman soltanı taxt-taca sahib olma qaydasını dəyişdirdi

Omanda taxt-taca sahib olma qaydasında dəyişiklik baş verib. İndi soltanın ölümündən sonra hakimiyyət onun böyük oğluna keçəcək.

Az.shafaqna.com ərəb mətbuatına istinadla xəbər verir ki, müvafiq sərəncam hazırki soltan Heysəm bin Tariq tərəfindən imzalanıb.

Yeni qaydalara əsasən, soltanın böyük oğlu atasından əvvəl dünyasını dəyişərsə, o zaman taxt-tacın varisi onun böyük oğlu, yəni Soltanın nəvəsi olacaq. Hökmdarın oğul övladı olmadığı təqdirdə, hakimiyyət onun yaşca daha böyük qardaşına ötürüləcək. Soltanın həyatda qardaşı qalmayıbsa, böyük qardaşın böyük oğlu taxta çıxacaq.

Omandakı daha öncəki taxt-taca yiyələnmə qaydalarına görə, soltanın ölümündən sonra yeni hökmdarın namizədliyini hakim ailə Dövlət Şurasının başçısı, Ali Məhkəmənin sədri və Şura Məclisinin spikeri ilə birgə təsdiqləyirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − two =