Oman XİN: ABŞ-İran danışıqları logistik səbəblərə görə təxirə salınıb

Oman XİN: ABŞ-İran danışıqları logistik səbəblərə görə təxirə salınıb

ABŞ və İran nümayəndə heyətləri arasında mayın 3-nə planlaşdırılan danışıqlar logistik səbəblərə görə təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr bin Həməd əl Busaidi “X” sosial şəbəkəsində məlumat verib.

“Logistik səbəblərə görə ABŞ və İran arasında mayın 3-nə planlaşdırılan görüşü təxirə salırıq. Yeni tarix ümumi razılıq əldə edildikdən sonra elan olunacaq”, – o yazıb.

Daha əvvəl “Axios” nəşri üç məlumatlı mənbəyə istinadla Omanın vasitəçiliyi ilə Romada baş tutmalı olan ABŞ-İran danışıqlarının şənbə gününə planlaşdırılan dördüncü raundunin, çox güman, gələn həftəyə təxirə salınacağını bildirmişdi.

Nəşrin məlumatına görə, bununla əlaqədar İran və “Avropa üçlüyü” ölkələrinin (Böyük Britaniya, Fransa və Almaniya) nümayəndələri arasında cümə günü Romada keçirilməsi planlaşdırılan görüş də təxirə salına bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − one =