On altı ildir axtarışda olan mafiya üzvü saxlanıldı
Publika.az Azərtac-a istinadla xəbər verir ki, ölkənin cənubundakı Kalabriyada məşhur “Ndrangheta” mafiya qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 63 yaşlı E.Qreko Fransanın Sent-Etyen şəhərində italyan restoranında pizza aşpazı işləyərkən yaxalanıb. Ömürlük həbs cəzası verilən E.Qreko 16 ildir axtarışda idi.
O, 90-cı illərin əvvəllərində İtaliyada müxtəlif qətllər törətməkdə ittiham olunur.
Publika.az