Onlar üçün viza qadağalarının müddəti uzadıldı

Onlar üçün viza qadağalarının müddəti uzadıldı

Publika.az xəbər verir ki, Çexiya hökuməti çərşənbə günü milli Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası və Belarus vətəndaşlarına respublikada viza və uzunmüddətli yaşamaq icazəsinin verilməsinə qoyulan qadağanın 2024-cü il martın 31-dək uzadılması təklifini təsdiqləyib.

Eyni zamanda, qadağa digər ölkələrin pasportlarına malik olan rus və belaruslara da şamil edilib. Hakimiyyət orqanları Rusiya Federasiyası və Belarusiya vətəndaşlarına yalnız müstəsna hallarda, məsələn, humanitar səbəblərə görə respublikada uzunmüddətli yaşamaq üçün viza və icazə verəcək.

Qeyd edək ki, Çexiya da ötən il Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərinə reaksiya verərək,vizasız keçməyə qadağa qoyub. Respublika həmçinin Şengen zonasına daxil olmayan ölkələrdən rusiyalı turistlərin birbaşa girişini yasaqlayıb.

Çexiya hökuməti iclasda Xarici İşlər Nazirliyinin Ukrayna vətəndaşları üçün viza qaydalarının yumşaldılması təklifini təsdiqləyib. Onlar üçün uzunmüddətli vizaların və respublikada yaşamaq icazəsi almaq üçün icazələrin alınması proseduru sadələşdirilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 6 =