Onları axşam yemək olmaz! – SOS

Onları axşam yemək olmaz! – SOS

Publika.az xəbər verir ki, bu sözləri dietoloq Nataliya Qridina “Gazeta.ru”ya müsahibəsində deyib.

“Turşular, hisə verilmiş ətlər və marinadlar orqanizmdə suyu çox saxlayır. Bu, şişkinliyə gətirib çıxarır ki, onu aradan qaldırmaq çətin olur. Həmçinin bu məhsullar mədə qişasını qıcıqlandırır”, – mütəxəssis izah edib.

Qızardılmış ət və ya fəstfud isə həkimin fikrincə, gün ərzində daha yaxşı həzm olunmur. Bədən onları həzm etmək üçün böyük miqdarda resursa ehtiyac duyur, bu da axşamlar şişkinliyə, ağrıya və yuxunun pozulmasına səbəb ola bilər. Qridina axşam yeməyində ağ çörəkdən də imtina etməyi tövsiyə edib. Onun həddindən artıq istifadəsi hipertoniya və qanda insulinin artmasına gətirib çıxarır.

Dieetoloq qeyd edib ki, ideal şam yeməyi üçün qarabaşaq yarması, qəhvəyi düyü, bulqur, yağsız ət və ya balıq uyğundur. Pomidor, xiyar, kələm, brokoli və digər tərəvəzlər də faydalıdır. Bundan əlavə, o, yekunda qeyd edib ki, şam yeməyində az yağlı qatıq da dada bilərsiniz.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − eight =